Fövqəladə Hallar Nazirliyi leysan yağışların bir sıra rayonlara vurduğu ziyanla bağlı məlumat yaymışdır

APA-nın FHN-in saytına istinadən yaydığı məlumata görə, son günlər respublikanın bəzi ərazilərində yağışlı hava şəraiti müşahidə olunub.
Nəticədə Balakən rayonu ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb, rayonun Qabaqçöl qəsəbəsində, Şərif və İtitala kəndlərində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri yağış suları ilə dolub. Goranboy rayonunun Veyisli və Rəhimli kəndlərində də xeyli sayda fərdi evlərin zirzəmiləri və həyətyanı sahələri, həmçinin, Bakı-Qazax avtomobil yolunun (320-ci km) kənarı yağış suları ilə dolub.
Hazırda qeyd olunan kəndlərdə nazirliyin və aidiyyəti qurumların müvafiq qüvvələri lazımi işlərin görülməsini təmin edir. Eləcə də Bakı-Qazax avtomobil yolunun kənarına yığılmış yağış suları nazirliyin canlı qüvvə və texnikası vasitəsilə əkin sahələrinə yönəldilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında