"Daily Mail" qəzeti: London Yerevana qeyri-ciddi münasibət göstərir

Britaniyanın məşhur "Daily Mail" qəzeti Ceyms Eyvs və Ketrin Ceyn Liç ailə cütlüyünün Böyük Britaniyanın Ermənistandakı səfiri təyin edilməsi məsələsinə toxunub.
Bu günlərdə Conatan Ceyms Eyvs və Ketrin Ceyn Liç ailə cütlüyünün Böyük Britaniyanın Ermənistandakı səfiri təyin edildiyi məlum olub. "Trend" in məlumatına görə, onlar bu vəzifədə səfir Çarlz Lonsdeyli əvəz ediblər. Onlar öz səlahiyyətlərinin icrasına 2012-ci ilin yanvarında Yerevandakı iqamətgahda başlayacaqlar və səlahiyyətlərini 4 aylıq rotasiya ilə yerinə yetirəcəklər.
Qəzet yazır: "Böyük Britaniya XİN-in məlum təyinatı Ermənistanı gülüş hədəfinə çevirir, keçmiş SSRİ respublikalarından olan tənqidçilərsə deyirlər ki, bu qeyri-adi təyinat Ermənistana qeyri-ciddi münasibətdən xəbər verir". "Daily Mail" həmçinin keçmiş səfir Çarlz Lonsdeylin erməni qadınla evləndiyini xatırladır:
"Bu iki hadisə yerli siyasi xadimlərə Britaniyanın missiyasını "eşq səfirliyi" adlandırmaq imkanı verir... Bu təyinat ermənilərin əksəriyyətini təəccübləndirib və Böyük Britaniyanın bu ölkədəki mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur".
Daha sonra qəzet Ermənistan xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyanın sözlərindən sitat gətirir: "Britaniyalılar bizi - erməniləri ciddi qəbul etmirlər. Şübhə edirəm ki, onlar ABŞ-a və ya hansısa başqa ölkəyə ailə cütlüyü göndərsinlər".
Öz növbəsində adı açıqlanmayan digər erməni məmur qəzetə müsahibəsində deyib ki, Böyük Britaniya XİN-dən onlara bildiriblər ki, "bu təyinat XİN-in son tendensiyasıdır və bu sxem Zambiyada çox səmərəli işləyib". Həm də qeyd olunur ki, Ermənistandan başqa, Zambiya ailə cütlüyünün səfir təyin olunduğu yeganə ölkədir.
Sonda məmur belə bir ritorik sualla müraciət edir: "Görəsən, London onun üçün vacib olan hansısa başqa bir ölkə ilə belə rəftar edərdimi?"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında