Naxçıvan MR-in nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən bildirilir ki, Naxçıvan Muxtar Respublikasının (MR) nümayəndə heyəti Sankt-Peterburqun Qanunverici Məclisinin, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun birgə təşkilatçılığı ilə mayın 14-də Naxçıvan MR-in 85 illik yubileyinə həsr edilmiş konfransda iştirak etmək üçün Sankt-Peterburqa gəlmişdir. Nümayəndə heyəti mayın 13-də Rusiya Milli Kitabxanasında rəsmi görüş keçirmişdir.
Görüşdə MR Ali Məclisi aparatının rəhbəri Əli Həsənov başda olmaqla nümayəndə heyəti, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Q.Osmanov, Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Zaytsev, baş direktorun beynəlxalq əlaqələr üzrə müavini İ.Linden və başqaları iştirak etmişlər.
Tədbirdə çıxış edən Ə.Həsənov görüş iştirakçılarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırmış və Naxçıvanın sosial-iqtisadi inkişafı haqqında geniş məlumat vermişdir. V.Zaytsev Rusiya Milli Kitabxanası ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq münasibətlərindən danışmışdır. Bildirmişdir ki, baş konsulluq tərəfindən kitabxanaya mütəmadi olaraq müxtəlif kitablar təqdim edilir.
Ə.Həsənov MR Ali Məclisinin sədri V.Talıbovun adından Rusiya Milli Kitabxanasının fonduna Naxçıvanın tarixini, mədəniyyətini və ədəbiyyatını əks etdirən kitablar hədiyyə etmişdir.
Baş konsul Q.Osmanov bildirmişdir ki, Sankt-Peterburqda yaşayan naxçıvanlılar da şəhərin ictimai və iqtisadi həyatında fəal iştirak edirlər. Yaxın vaxtlarda Sankt-Peterburq sakinlərinin Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanı olacaqdır.
Nümayəndə heyəti həmin gün Sankt-Peterburq Hökuməti Xarici Əlaqələr Komitəsinin sədri A.Proxorenko ilə də görüşmüşdür. Ə.Həsənov Naxçıvanın yubileyinə həsr edilmiş konfransın keçirilməsi üçün şərait yaradıldığına görə Ali Məclisin sədri V.Talıbovun adından minnətdarlığını bildirmişdir. Nümayəndə heyətinin rəhbəri Naxçıvanın iqtisadi inkişafı və investisiya mühiti barədə məlumat vermiş, Leninqradın 900 gün blokadada qalmasını, Naxçıvanın da hazırda oxşar şəraitdə yaşadığını qeyd etmişdir. Qonaqlar Naxçıvanın rəmzi olan "Haçadağ" rəsm əsərini Sankt-Peterburqun qubernatoruna hədiyyə etmişlər.
Komitə sədri A.Proxorenko cari ilin 4-cü rübündə Bakıda keçiriləcək Sankt-Peterburq Administrasiyası və Azərbaycan Respublikası Hökumətlərarası Komissiyanın iclasında Naxçıvan Muxtar Respublikasının da nümayəndəsinin iştirakını məqsədəuyğun hesab etmişdir.
Qonaqlar üçün Sankt-Peterburq Administrasiyasının yerləşdiyi Smolnı inzibati binasında və muzeyində gəzinti təşkil olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında