Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinen Azərbaycana səfər edəcəkdir

Gənclər və İdman Nazirliyinin dəvəti ilə Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinen avqustun 22-də Azərbaycana səfər edəcəkdir.
Nazirlikdən bildirmişlər ki, səfərin məqsədi Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialını, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, "Azərbaycan Tələbə Kartı"nın tətbiqi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etməkdir.
Səfər iki gün davam edəcəkdir.
Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin martında qoşulmuşdur. Avropa Gənclər Kartı 80 min xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Hazırda kartın 4 milyondan çox istifadəçisi vardır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında