Naxçıvanda iftar süfrəsi

Ramazanda iftar süfrəsi açmaq fəzilət sayılır. Hər il Ramazan ayında Naxçıvan Muxtar Respublikasında da iftar süfrələri açılır, insanlar saf dini ideyalar ətrafında birləşirlər.
Avqustun 18-dəki iftar süfrəsində əvvəlcə Qurani-Kərimdən ayələr oxunmuşdur. Qeyd olunmuşdur ki, Ramazanda Allahın əmrini yerinə yetirib oruc tutmaq Tanrı qarşısında vicdani borcu yerinə yetirməklə yanaşı, insanda dözüm, iradə və təmkin də tərbiyə edir. Bu ayın fəziləti həm də ondadır ki, müqəddəs kitabımız Qurani-Kərim Ramazanda nazil olmuşdur.
Sonra mərasimdə arzu və niyyətləri ifadə edən dualar oxunmuşdur. Mübarək Ramazan ayında uca Tanrıya edilən dualar daha tez qəbul olunur. Oxunan dualarda əldə etdiyimiz müstəqilliyin əbədi olması, işğal altındakı torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkünlərimizin ata-baba yurdlarına qayıtması, doğma torpaqlarda iftar süfrələrinin açılması, xalqımızın həmişə sülh və əmin-amanlıq şəraitində yaşaması qeyd olunmuşdur.
Həmin gün Naxçıvan Muxtar Respublikası ağciyər xəstəlikləri dispanserində, onkoloji mərkəzdə, Naxçıvan qarnizonunun hərbi hospitalında və Şahbuz şəhərindəki Ahıllar evində də Ali Məclisin sədri adından iftar süfrələri açılmış, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında