Moskvada Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının 7-ci iclası açılmışdır

Moskvada Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (QDXDBF) Direktorlar Şurasının 7-ci iclası açılmışdır. İclasda Azərbaycan Respublikasını ölkənin Rumıniya və Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, QDXDBF-nin baş katibi Eldar Həsənov təmsil edir.
İclasda Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin iqtisadi əməkdaşlığına, beynəlxalq dialoqun inkişaf etdirilməsinə, dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş aktual mövzular müzakirə edilir. İclasda, həmçinin Bolqarıstanda QDXDBF-nin filialının açılması, Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin paytaxt və iri şəhər merlərinin, habelə sahibkarlarının konfransının keçirilməsi məsələləri də müzakirə olunur.
İclas çərçivəsində həyata keçirilmiş və yeni layihələr, gələcək əməkdaşlığın fəallaşdırılmasına dair təkliflər diqqət mərkəzindədir.
İkigünlük iclasın birinci gününün yekunları üzrə fondun rəhbərlərinin mətbuat konfransı olmuşdur. Mətbuat konfransında QDXDBF-nin yaradılmasında və uğurlu fəaliyyətində, Avropa İttifaqı ilə əməkdaşlığın qaydaya salınmasında Azərbaycanın mühüm rol oynadığı qeyd edilmişdir. Fondun yaradılmasının təşəbbüsçüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bu təşəbbüsü dəstəkləmiş Rumıniya Prezidenti Trayan Beseskuya xüsusi minnətdarlıq ifadə edilmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında