Ədliyyə orqanlarına işə qəbul olunmaq istəyən namizədlərlə test imtahanı mayın 22-də keçiriləcəkdir

Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasından bildirmişlər ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə mayın 22-də saat 10.00-da Bakı Dövlət Universitetinin yeni tədris binasında, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23 ünvanında keçiriləcəkdir.
Prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni mayın 20-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər.
İmtahana gələn namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaqdır.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı Ədliyyə Nazirliyinin internet səhifəsindən www.justice.gov.az və 430-01-18, 430-11-05 nömrəli telefonlarla əldə etmək olar.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında