Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 92-ci ildönümü münasibətilə təntənəli mərasim

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 92-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" istirahət mərkəzində təntənəli bayram tədbiri keçirilmişdir.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev tədbirdə çıxış etmişdir.
E.Quliyev bildirmişdir ki, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi Milli Sərhəd Strategiyasının Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər qazanılmışdır. O demişdir ki, Azərbaycan Sərhəd Mühafizəsi müasir silah və texnika ilə təchiz olunmuş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir. Dövlət Sərhəd Xidmətində vətənpərvər və milli dövlətçiliyə sadiq hərbi kollektiv formalaşmışdır.
Tədbir iştirakçıları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhədçilərlə görüşlərini böyük qürur hissi ilə xatırlamış, bu görüşlərin dövlət sərhədinə və sərhədçiyə göstərilən qayğının təzahürü olduğunu, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını qeyd etmişlər.
Sonra Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhərində ayrılmış mənzillərin orderləri verilmiş, ali hərbi rütbələr almış zabitlərə "general-mayor" rütbələri, xidmətdə fərqlənmiş zabit və gizirlərə orden və medallar təqdim olunmuşdur.
Bayram tədbiri incəsənət ustalarının konserti ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında