Xınalıqda aparılan arxeoloji qazıntılar zamanı qədim yaşayış məntəqəsi və kurqan aşkar olunmuşdur

Azərbaycanın Quba rayonunun ən qədim yaşayış məntəqələrindən sayılan Xınalıqda arxeoloji qazıntılar aparılır. Ərazidə çalışan arxeoloq İdris Əliyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, qısa vaxt ərzində arxeoloji qazıntılar zamanı Xınalıq Dövlət Qoruğunun ərazisindən qədim yaşayış məntəqəsi və kurqan aşkar edilmişdir. Arxeoloqun sözlərinə görə, tapıntıların olduqca qədim bir dövrə aid olması şübhəsizdir. Həmçinin kurqanın yerləşdiyi ərazidə insanların qədim yaşayış məskəni olduğu ehtimal edilən bir neçə mağara da aşkar olunmuşdur. Bütün dəqiq məlumatlar isə ərazidə aparılan tədqiqat işləri başa çatdıqdan sonra məlum olacaq. Arxeoloji qazıntılar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında