"Hertel İndustrial Servises BV" şirkətinin Azərbaycan filialı işçilərinin həmkarlar ittifaqı təşkilatı təsis olunmuşdur

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) bildirmişlər ki, avqustun 17-də "Hertel İndustrial Servises BV" şirkətinin Azərbaycan filialı işçiləri həmkarlar ittifaqının təsis konfransı keçirilmişdir.
Konfransı həmkarlar ittifaqının təsis olunması üçün yaradılmış təşəbbüs qrupunun üzvü Arif Bayramov açaraq bildirmişdir ki, şirkətin Azərbaycan filialında həmkarlar ittifaqı təşkilatını yaratmaqda məqsəd şirkət rəhbərliyi ilə işgüzar münasibətlər qurmaqla işçilərin sosial-iqtisadi problemlərinin həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə kömək göstərməkdir.
Konfransda həmkarlar ittifaqının təsis olunması, rəhbər orqanların seçilməsi, nəzarət-təftiş komissiyasının üzvlərinin təsdiq edilməsi və təşkilatın Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının xidmətinə daxil olması barədə qərar qəbul edilmişdir.
Arif Rüstəm oğlu Bayramov yekdilliklə təşkilatın sədri seçilmişdir.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Əliyev yeni yaradılmış təşkilatı təbrik etmiş və uğurlar arzulamışdır. O bildirmişdir ki, təşkilatın fəaliyyəti və inkişafına əməli kömək göstəriləcəkdir.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev həmkarlar ittifaqı təşkilatının təsis olunması ilə əlaqədar konfrans iştirakçılarını təbrik edərək ölkəmizdə həmkarlar ittifaqlarının işçilərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində gördükləri işlər barədə danışmışdır. S.Mehbalıyev son üç ildə işçilərin sosial hüquqlarının qorunması və həmkarlar ittifaqının mövqeyinin gücləndirilməsi istiqamətində AHİK-in təşəbbüsü ilə respublika qanunvericiliyində edilən dəyişikliklər barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.
Tədbirdə "Bos-Shelf" şirkəti həmkarlar ittifaqı təşkilatının sədri A.Əyyubov, şirkətin Azərbaycan filialı baş direktorunun müşaviri D.Əliyev iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında