Bakı Humanitar Forumu Azərbaycanın Rusiya ilə mədəni əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq

Bakı beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrilməkdədir. Bu ilin aprel ayında Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu çox əhəmiyyətli beynəlxalq tədbirə çevrildi. Məlumdur ki, mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ümumiyyətlə, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən gəlib.
Azərbaycan daha bir dialoq forumuna hazırlaşır. Bu il oktyabrın 10-dan 11-dək keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun da mədəniyyətlərarası dialoqun inkişafında yeni mərhələ təşkil edəcəyi şübhəsizdir. Rusiya və Azərbaycan dövlət başçılarının himayəsi ilə keçiriləcək bu forum ölkələrimiz arasında yeni mədəni əlaqələrin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu barədə demişdir: "Belə bir forumun hər iki dövlətin prezidentlərinin hamiliyi ilə keçirilməsi ideyasının özü Azərbaycanın və Rusiyanın humanitar sahədə əməkdaşlığın daim genişləndirilməsinə tərəfdar olduqlarını dünya birliyinə, ölkəmizin əhalisinə göstərilən birbaşa müraciətdir".
Nazirin sözlərinə görə, qarşıdan gələn Bakı forumu sanballı siyasi çəkisi olan böyük bir dövlətdən - Rusiyadan və cəmi 9 milyon əhalisi və 20 illik müstəqillik təcrübəsi olan Azərbaycandan humanitar sahədə vəziyyətin necə göründüyünü müqayisə və təhlil etməyə imkan verəcək. Müasir mərhələdə çətinliklərin və problemlərin müsbət həllinə yanaşmanı yalnız bir yerdə tapmaq mümkündür. Bakı Beynəlxalq Humanitar Forumu da bunu nümayiş etdirmək üçün nəzərdə tutulub.
Nəzərə çatdıraq ki, bu ilin iyun ayında Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
Foruma dünyanın bir çox ölkələrindən nümayəndələrin dəvət olunması nəzərdə tutulur.
Onu da qeyd edək ki, birinci Azərbaycan-Rusiya Humanitar Forumu ötən ilin yanvarında olmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında