Ədliyyə orqanlarının yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi məqsədi ilə növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mayın 21-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə fərdi qaydada söhbət aparılır.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, ədliyyə orqanlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda, ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədi ilə növbəti (altıncı) açıq müsabiqə elan edilir.
Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.
Müsabiqədə iştirak prosedurunu sadələşdirmək məqsədi ilə birinci mərhələdə (test imtahanı) iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən (www.justice.gov.az) götürmək olar. Test imtahanında uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Müvafiq ərizəni avqustun 22-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) bütün iş günləri təqdim etmək olar.
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə almaq olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında