Türkiyə və Rusiya prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Türkiyə Prezidenti Abdullah Gül və Rusiya Prezidenti Dmitri Medvedyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini müzakirə edəcəklər.
AzərTAc Türkiyənin "Zaman" qəzetinə istinadla xəbər verir ki,
A.Gül sentyabrın 7-8-də Yaroslavl şəhərində keçiriləcək Qlobal Siyasi Forumda iştirak etmək üçün Rusiyaya səfər edəcəkdir.
Prezident Dmitri Medvedevin rəhbərliyi ilə keçiriləcək Foruma müxtəlif ölkələrdən 500-dən çox nümayəndə, o cümlədən Almaniya kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlers da qatılacaqlar.
Türkiyə və Rusiya prezidentlərinin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, İranın nüvə proqramı, Əfqanıstan, İraq, Liviya, Misir və Suriyadakı vəziyyət də müzakirə olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında