Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi saxta sənədlər hazırlayan qrupu ifşa etmişdir

Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla saxta sənədlər hazırlayan qrup ifşa edilmişdir.
AzərTAc Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara müvafiq olaraq ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və inşası, həmin qurğular üçün radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanması işlərinin həyata keçirilməsinə görə lisenziyanın və "Nüvə və radioloji" xüsusi layihələrin hazırlanması və işlənməsinə icazə verilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilmişdir.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müəyyən edilmişdir ki, bu sahədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, Səhiyyə Nazirliyinin 2007-ci il 15 fevral tarixli əmri ilə ləğv edilmiş, müalicə-profilaktika müəssisələrinin tibbi texnika və optika ilə təchiz etmək səlahiyyətlərinə malik olmuş "Tibbitexnika" İstehsalat-Ticarət Birliyinin sabiq direktoru Qəniyev Əlikram Qaraş oğlu, özünü həmin birliyin vəzifəli şəxsi kimi təqdim edən Bakı şəhər sakini Babayev Əliabbas Hacıbəy oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə birliyin direktoru kimi əvvəlki vəzifə səlahiyyətlərini davam etdirərək "Nüvə və Radioloji" xüsusi layihələrin hazırlanması və həmin layihələrin işlənməsinə Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin adından "Tibbitexnika" İTB-yə icazə verilməsi barədə 2010-cu il 5 may tarixli saxta məktub hazırlamışdır.
Bundan sonra, Dövlət Agentliyindən müvafiq lisenziya almaları məqsədi ilə Əlikram Qəniyev və Əliabbas Babayev onlara müraciət etmiş "Estetik Medplaza" klinikasına, "Sağlam Ailə", "Şərq-Qərb təbabəti", "Nəbz" və digər tibb mərkəzlərinə "Tibbitexnika" İTB-nin adından saxta aktlar təqdim etmiş və beləliklə, vətəndaşların, qeyd edilən tibb müəssisələrinin, eləcə də Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaqla, həmçinin müəyyən edilmişdir ki, Əlikram Qəniyev Əliabbas Babayevlə qabaqcadan əlbir olub qrup təşkil etməklə, özünü faktiki olaraq ləğv edilmiş "Tibbitexnika" İTB-nin direktoru kimi təqdim etməklə "Nəbz" Tibb Mərkəzinin vəzifəli şəxslərini aldadaraq saxta aktlarla gördükləri işi rəsmiləşdirmiş və qeyd edilən tibb mərkəzinin 700 manat pul vəsaitini ələ keçirməyə cəhd etmişdir.
Törətdikləri cinayət əməllərinə görə Əlikram Qəniyev və Əliabbas Babayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən bundan sonra da əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında