İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkə parlamentinin deputatlar palatasının sədri Feysəl Faiz ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığının inkişaf etdirilməsi, bu qurumların sədrlərinin, o cümlədən parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunmuşdur.
Tədbirdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, əldə edilmiş nailiyyətlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə F.Faizə məlumat verilmişdir.
Deputatlar palatasının sədri bildirmişdir ki, Azərbaycanın son illər ərzində bütün sahələrdə qazandığı nailiyyətləri, xüsusilə də ölkəmizin iqtisadi inkişaf tempi maraqla izlənilir və yüksək qiymətləndirilir.
F.Faiz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da birmənalı olaraq dəstəkləyəcəyini vurğulamışdır.
Deputatlar palatasının sədri hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası dostluq qruplarının yaradılmasını təqdirəlayiq hal kimi qeyd etmiş, parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulamışdır.
Görüşdə, həmçinin İordaniyada aparılan siyasi islahatlar çərçivəsində ölkənin konstitusiyasına nəzərdə tutulan bir sıra dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında