Arxeoloqlar Azərbaycanın Qəbələ rayonunda tarixi əşyalar aşkarlamışlar

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev Trendə açıqlamasında bildirmişdir ki, Qəbələ şəhərinin Qala hissəsində arxeoloji tədqiqatlar zamanı yaxşı vəziyyətdə aşkar olunmuş iki ədəd dulus kürəsi və onun avadanlığı maraqlı tapıntılardandır. 
Q.Cəbiyev qeyd etmişdir ki, ağzında qurğuşun tıxacı olan və içi dolu şar-konusvari formalı qabın tapılması bu cür qabların təyinatına yenilik gətirəcək. Üzərində şəxsi adlar və şeirlər yazılmış qablar, insan və heyvan təsvirli nəfis şirli və şirsiz qablar XI-XII əsrlərdə zəngin şəhər həyatından xəbər verir.
Ekspedisiya rəhbəri qeyd edib ki, qədim Qəbələnin Qala ərazisində Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət (I-XVIII əsrlər) ərzində yaşayış olmuşdur. Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır.
2011-ci ildə aparılan arxeoloji tədqiqatın əsas məqsədlərindən biri müxtəlif dövrləri əhatə edən mədəni təbəqələri aşkar edərək Qala ərazisində elmi ekspozisiyanı yaratmaqdır. 2009-cu ildə tədqiqatına başlanan 600 kvadrat metirlik sahə genişləndirilərək 1700 kv.m-ə çatdırılıb, hələlik iki mədəni təbəqə - son orta əsrlər (XIV-XVIII əsrlər) və orta əsrlər (IX-XIII əsrlər) təbəqələri öyrənilir.
Arxeoloji qazıntı işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında