Seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış növbəti kursların keçirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkar hazırlığının artırılması məqsədilə, onlar üçün kurslar təşkil edilmişdir.
Hazırda Mərkəzi Seçki Komissiyası həmin sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq aşağı seçki komissiyalarının rəsmiləri üçün yeni kursların təşkil edilməsi işini başa çatdırmışdır.
Belə ki, dairə seçki komissiyasının sədrləri üçün Mərkəzi Seçki Komissiyasının bazasında keçirilməsi məqsədəmüvafiq hesab edilmiş, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, aşağı seçki komissiyalarının digər rəsmiləri üçün isə regional kursların təşkil edilməsi qənaətinə gəlinmişdir.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilən sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək, cari ilin sentyabr ayının birinci yarısından gec olmayaraq seçki rəsmiləri üçün tədris kurslarının keçirilməsinin başa çatdırılması məqsədəmüvafiq hesab edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrasının davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında 2011-ci il sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyası sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

{nl}

Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər Şaitdin Əliyev
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Tamam Cəfərova
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif Qurbanov
Etibar Quliyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında