Bu ilin yeddi ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb

İlkin məlumatlara əsasən, 2011-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1100,5 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 101,8 milyon manat və ya 10,2 faiz çoxdur. Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 62,2 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 37,6 faizini dövlət büdcəsindən ayırmalar, 0,2 faizini isə sair daxilolmalar təşkil edir.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,6 faiz və ya 71,4 milyon manat artaraq 684,9 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 57,6 faizi və ya 394,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşür.
Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,9 faiz və ya 45,2 milyon manat artmışdır. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 15,9 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 22,9 faiz artmışdır.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, bu ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 290,5 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 26,2 milyon manat artmışdır. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,2 milyon manat təşkil etmişdir.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2011-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1059,6 milyon manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1034,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 74,7 milyon manat və ya 7,8 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 7,5 faiz və ya 70 milyon manat artaraq 1002,5 milyon manat təşkil etmişdir. 2011-ci ilin ilk 7 ayında əhaliyə 31,9 milyon manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 33,4 faizi hamiləliyə və doğuma görə, 26,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn üçün, 22,4 faizi isə digər müavinətlərin payına düşür. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 25,2 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 6,3 milyon manat və ya 20 faiz azdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında