Mövsümi tədbirlər vaxtında yerinə yetirilir

Bakı İstilik Elektrik Mərkəzi ölkə iqtisadiyyatının və abunəçilərin dayanıqlı elektrik enerjisi ilə təminatında mühüm yer tutur. Xatırladaq ki, adıçəkilən elektroenergetika obyekti müstəqillik illərində ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində tikintisi reallaşdırılmış elektrik stansiyalarından biridir.
Ölkənin digər enerji obyektlərində olduğu kimi, burada da mövsümi tədbirlər vaxtlı-vaxtında yerinə yetirilir. Bu da öz növbəsində həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış müəssisədə istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin yeddi ayı ərzində Bakı İstilik Elektrik Mərkəzində dispetçer qrafikinə uyğun olaraq 234 milyon kilovat-saat əvəzinə 238 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. İstilik enerjisinin buraxılışı isə 196,7 min hika-kaloriyə yaxın olmuşdur ki, bu da proqnozlaşdırıldığından 9,2 min hika-kaloridən çoxdur. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həm elektrik, həm də istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də nəzərəçarpacaq səviyyədə qənaətə nail olunmuşdur.
Qeyd edək ki, müəssisədə cari ilin iyul ayında 21,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 114 min kilovat-saat çoxdur. Eyni zamanda, ötən ay stansiyada 13 min hika-kalori əvəzinə 13,2 min hika-kaloriyə yaxın istilik enerjisi buraxılmışdır.
Cari ilin son üç ayında təmir işləri sahəsində də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, hesabat dövründə 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Bundan əlavə, birinci Əhmədli və birinci 8-ci Kilometr hava xətlərində də müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Stansiyanın elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilmişdir. Bütövlükdə isə aparılan təmir işlərinin siyahısı kifayət qədər zəngindir.
Yeri gəlmişkən qeyd edək ki, 1 saylı qaz turbin qurğusunda barabana baxış keçirilmiş, qazan-utilizatordan çıxan buxar kəmərindəki əks klapanlar təmir olunmuş, yağ istilik dəyişdiricisi dəyişdirilmişdir. 1, 2 və 3 saylı kondensat nasosları isə əsaslı təmir olunmuşdur. Növbəti payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına uyğun olaraq 1 və 2 saylı əsas boylerin qızma səthi təmizlənmiş və təzyiq altında yoxlanmışdır. Pik boylerin isə qızma səthində borular dəyişdirilmişdir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, "Bakı" İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. İstehsal prosesi zamanı burada hasil edilən buxar ölkəmizin ən iri emal müəssisələrindən olan "Azərneftyağ" İstehsalat Birliyinin tələbatını tam ödəyir. Bundan əlavə, "Azəristiliktəchizat" ASC də müəssisənin ən iri tələbatçılarından sayılır.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında