Bakıda Tvinninq layihəsi çərçivəsində "BMT-nin xüsusi mexanizmləri" mövzusunda yekun konfrans keçirilmişdir

Avqustun 16-da "Park İNN-Azərbaycan" mehmanxanasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə Tvinninq layihəsi çərçivəsində "BMT-nin xüsusi mexanizmləri" mövzusunda yekun konfrans keçirilmişdir.
Konfransda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini istiqamətində çoxşaxəli fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2001-ci il yanvarın 25-dən etibarən Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan, elə həmin il dekabrın 25-də Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində üzərinə bir sıra öhdəliklər götürmüş və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir. Ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayan bu nüfuzlu beynəlxalq qurumla qarşılıqlı əlaqələrin möhkəmlənməsi, həmin təşkilatla işgüzar əməkdaşlığın genişləndirilməsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə daim önəm verir.
Azərbaycan Ombudsman təsisatının Almaniya İnsan Hüquqları İnstitutu ilə birgə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Tvinninq layihəsində iştirak etdiyini deyən E.Süleymanova bu sahədə görülən işlərin əhəmiyyətindən danışmışdır.
Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen Azərbaycan və Almaniya arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyini, respublikamızın Avropaya inteqrasiya yolunda mühüm addımlar atdığını diqqətə çatdırmışdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir ki, Tvinninq layihəsi Aİ-nin ölkəmizdə apardığı əhəmiyyətli işlərdən biri hesab olunur. Dövlət qurumlarının işinin təkmilləşdirilməsi sahəsində Tvinninq layihəsi həm təcrübə mübadiləsi, həm də əhali ilə işin keyfiyyətinin daha da yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
Tədbirdə "İnsan hüquqları üzrə xüsusi mexanizmlər: rol və əhəmiyyətlilik", "Din və etiqad azadlığının müdafiə edilməsində yeni çətinliklər", "BMT-nin insan hüquqları islahatlarından sonra yeni era" və s. mövzularda çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında