Təzə "Hilton Bakı" mehmanxanası göz önündə canlanan mənzərələri nümayiş etdirir

İnşa edilməkdə olan "Hilton Bakı" elit mehmanxanası binanın 25-ci mərtəbəsində əsas müşahidə məntəqələrindən məftunedici mənzərələrə ilkin baxışın həyata keçirilməsini təklif etmişdir. 
"Hilton Bakı" mehmanxanasının baş direktoru Manuel Avila demişdir: "Hilton Bakı" mehmanxanasının arxitekturası bizə şəhərin və ətrafdakı sahil xəttinin möhtəşəm mənzərələrini mehmanxananın əsas xüsusi cəhəti və onun satış üçün iqtisadi baxımdan məqsədə müvafiqliyini göstərən nöqtə kimi nümayiş etdirməkdən ötrü gözəl imkan yaratmışdır. Bu heyrətamiz fona əsaslanaraq, biz həqiqətən də nadir qonaqpərvərlik mühiti yaratmışıq. O mühit ki, obyektlərinin keyfiyyəti və müştərilərə təklif edilən xidmətlərin səviyyəsi ilə müqayisə olunacaq. Mehmanxananın açılışından öncəki son aylara qədəm qoyduğumuza görə mənim kollektivimin üzvləri və mən birinci qonaqlarımızı qarşılamaqdan və onlara "xoş gəlmisiniz"- deməkdən çox böyük məmnunluq hissi duyuruq".
Təklif olunan gözəl mənzərələrdən faydalanan əsas şəxslər "Hilton Bakı" mehmanxanasının yüksək komfortlu elit spa mərkəzindən istifadə edən qonaqlar olacaqlar. "Hilton Bakı" mehmanxanasının 23-cü mərtəbəsində yerləşən spa mərkəzi müstəsna müalicə və kosmetoloji terapiya kursları təklif edir. Mehmanxananın qonaqları və spa mərkəzinin üzvləri şəhər landşaftının və sahil xəttinin inanılmaz mənzərələrindən zövq alacaq, hovuz və idman zalı obyektlərindən məhdudiyyətsiz istifadə edə biləcəklər. Spa mərkəzi konsepsiya və dizayn baxımından ekstravaqant bir obyektdir .
Eyni zamanda, fantastik mənzərələr "Hilton Bakı" mehmanxanasının diqqəti cəlb edən əlaməti olacaq. Mehmanxananın misilsiz qida və sərinləşdirici içki məhsulları sərgilənən mətbəxi qonaqların zövq alması üçün valehedici və möhtəşəm nahar təcrübəsinin bir hissəsi kimi teatr hissi yaradacaq. Restoran köməkçi nahar sahəsi kimi damda böyük terrasda yerləşir və sahil xəttinin görüntüsü oradan da göz önündə canlanır.
Buna əlavə olaraq, damda yerləşən "360" adlı bar axşam kokteyli ilə istirahət edib dincəlmək üçün əla yer olacaq. Fırlanan döşəmə əsas vasitə kimi xidmət göstərərək qonaqlara şəhərin və mehmanxananı əhatə edən Xəzər dənizinin panoram görüntülərini çətinlik çəkmədən 360 dərəcə bucaq altında seyr etmək imkanı yaradacaqdır. DJ-lər üçün avadanlıqlar yerləşən bu məkan musiqi və tədbirlərdən ötrü gözəl bir guşə olmaqla yanaşı, ətraf mühitə və fövqəladə gözəlliyə gözəllik qatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında