Sabirabadda elmi-nəzəri konfrans

Sabirabad Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin möhtəşəm abidəsi önünə tər güllər düzmüşlər. "Kür-Araz" şadlıq sarayının böyük zalında 300 nəfər YAP üzvünün iştirak etdiyi konfransı giriş sözü ilə YAP rayon təşkilatının sədri Nadir Quliyev açmış və geniş məruzə ilə çıxış etmişdir. YAP rayon təşkilatının İdarə heyətinin üzvləri Tamella Niftəliyeva, Böyükağa Həmidov və rayon icra hakimiyyətinin şöbə müdiri İlham Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan ətraflı danışmışlar.
Natiqlər hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin möhkəm özülünün qoyulduğunu faktların dili ilə dinləyicilərə çatdırmış, 1993-cü ildə ümummilli liderin xalqın təkidli xahişi ilə ölkə rəhbərliyinə qayıdışının milli dövlətçiliyimizə nicat, xalqımıza isə qurtuluş gətirdiyini xüsusi vurğulamışlar.
Çıxış edənlər bu gün Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyindən də bəhs etmiş və dövlət başçısına Sabirabada göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, rayonda gedən böyük quruculuq və abadlıq işlərində əsl təşkilatçılıq nümunəsi göstərən rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılova razılıqlarını ifadə etmişlər.
Tədbirin sonunda YAP sıralarına üzv olunan bir qrup gəncə partiya biletləri təqdim edilmişdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında