"Şahinlər" geri döndülər

Xəbər verdiyimiz kimi, Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Qubada təşkil olunan "Şahinlər"hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır. Səbail rayonunda uşaqların yay istirahətinin səmərəli təşkili istiqamətində keçirilən bu növbəti tədbirin təntənəli bağlanış mərasimi keçirilmişdir. 
Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, aztəminatlı ailələrdən olan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və Quba internat məktəbində tərbiyə alan 230 uşaq üçün Quba Özəl Türk Liseyinin ərazisində təşkil olunmuş ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində mənalı və yaddaqalan istirahət başa çatmışdır.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Soyqırım məzarlığına gəzintiləri təşkil olunmuşdur. İstirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar. Məktəblilərlə Vətənimizin, xalqımızın tarixindən bəhs edən məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, maraqlı filmlər nümayiş etdirilmiş, konsert və diskotekalar təşkil olunmuşdur.
Bağlanış mərasimində düşərgənin rəisi Faiq Qurbanovun məlumatından sonra layihə təşkilatçıları Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların qərargah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova, "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar. İdman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim edilmişdir. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndikləri fəndləri nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır. Populyar musiqiçilərin və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində uşaqlar da öz məharətlərini göstərmişlər.
Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu istirahətin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında