Dünya Bankı ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankının yüksək səviyyəli eksperti, professor Simon Komanderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK-nın mətbuat xidmətindən bildirmişlər ki, komitə sədri Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən, əməkdaşlığın perspektivlərindən danışmışdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilmişdir.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan A.Əliyev Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırladıqları, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatına münasibətini açıqlamış, gömrük sisteminə aid bəzi məqamlarla razılaşmadığını, mövcud anlaşılmazlıqların qarşılıqlı müzakirələr nəticəsində aradan qaldırılacağına ümidvar olduğunu bildirmiş, əsl gerçəklikləri konkret faktlarla qonaqların diqqətinə çatdırmışdır.
Simon Komander respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bildirmişdir. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirən qonaq xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Təmsil etdiyi qurumun respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında