"Pakistan Observer" qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 13 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, tanınmış jurnalist Ehasanullah Xanın müəllifi olduğu bu məqalədə. Mehriban xanım Əliyevanın Azərbaycanın məşhur ziyalı ailəsinə mənsub olduğu qeyd edilmişdir. Yazıda Azərbaycanın birinci xanımının 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi xeyriyyəçilik fəaliyyətindən bəhs olunmuşdur.
Müəllif Mehriban xanımın uşaqlara və ahıllara göstərdiyi xüsusi qayğıdan, onlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evlərindən söz açmış, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı göstərdiyini oxucuların diqqətinə çatdırmışdır.
Pakistanlı jurnalist 2005-ci ildə zəlzələ nəticəsində Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban xanımın təşəbbüsü ilə yeni qızlar məktəbinin tikilməsindən də yazmış, bu addımı Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.
E.Xan Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və Azərbaycanın milli mədəni irsinin dirçəlməsinə, habelə muğamın Azərbaycanda inkişafına yönəlmiş fəaliyyətini də xüsusi vurğulamışdır. Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti olması, bu vəzifədə onun gördüyü işlər və bütövlükdə Azərbaycan idmanının inkişafı istiqamətində atdığı addımlar barədə də ətraflı məlumat verilmişdir.
Qəzetdə xüsusi qeyd olunmuşdur ki, çoxşaxəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafat və ordenlərlə təltif edilmişdir.
Eyni zamanda, məqalə Əl-Bab Strateji Araşdırmalar İnstitutunun bloqunda da yerləşdirilmişdir.
Məqalənin tam mətni ilə http://epaper.pakobserver.net/201108/13/foreignviews.php 

{nl}

http://pakobserver.net/detailnews.asp?id=108717  http://jassim-taqui.blogspot.com/2011/08/mehriban-aliyeva-woman-of-substance.html  ünvanlarında tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında