İran İslam Şurası Məclisinin sədri: "Rəsmi şəxslər dövlətlərarası münasibətlərə ziyan gətirə biləcək fikirlərdən yayınmalıdırlar"

İstifadə olunan bəzi söz və bəyanatlar bizim qonşu müsəlman ölkələri ilə münasibətlərimizə xələl gətirməməlidir.
AzərTAc "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani demişdir.
Rəsmi şəxslər öz bəyanatlarında diqqətli olmalı və dövlətlərarası münasibətlərə ziyan gətirə biləcək fikirlərdən yayınmalıdırlar - deyən S.Ə.Laricani vurğulamışdır ki, qonşu dövlətlərlə dostluq münasibətləri qurmaq siyasəti İranın xarici siyasətinin əsas prioritetlərindəndir.
Xatırladaq ki, avqustun 9-da "Fars"xəbər agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına yersiz fikirlərini yaymışdır. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi İrana rəsmi nota vermişdir. İranın ölkəmizdəki səfirliyi isə Azərbaycanın ünvanına söylənilmiş fikirləri təkzib etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında