Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci mərhələsinə yekun vurulmuşdur

Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətindən bildirilir ki, respublikamızda həyata keçirilən dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımların davamı olaraq, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na uyğun olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci mərhələsinə yekun vurulmuşdur.
Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilmişdir.
Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə etmiş 136 namizəd Qaydaların 7.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 2011-ci il avqustun 15-dən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəkdir.
Müsahibə mərhələsi 2011-ci il avqustun 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.
Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər.
Əlavə məlumatı 492-63-62, 437-28-56, 492-62-23 və 492-74-32 nömrəli telefonlarla almaq olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında