Balakəndə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanılmışdır

Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ünvanlı sosial yardım (ÜSY) proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri davam etdirilir. İlkin mərhələdə seçilmiş pilot rayonlarından biri olan Cəlilabadda bu sistemin sınaqdan keçirilməsinə başlanılmışdır.
Avqustun 12-də digər pilot rayon olan Balakən Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində alternativ müraciət mexanizmlərinin tətbiqinə start verilmişdir. Bununla əlaqədar Balakən şəhərindəki "Qubek" hotelində keçirilən təqdimat mərasimində ƏƏSMN-in nümayəndələri, nazirlik yanında İctimai Şuranın üzvləri, rayon icra hakimiyyətinin, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı İslam Rzayev açaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin tərkib hissələrindən biri olduğunu diqqətə çatdırmış, mühüm əhəmiyyət kəsb edən bu layihənin icrası üçün Balakənin pilot rayon seçilməsinə görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarına səlahiyyətlərinə uyğun olaraq, elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması tapşırılmışdır. Qeyd olunan tapşırığın icrasını təmin etmək, eyni zamanda, nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət (poçtla və elektron) mexanizmləri hazırlanmışdır.
Nazir alternativ müraciət mexanizmlərinin ilkin olaraq pilot rayonlar kimi seçilmiş Balakən və Cəlilabadda tətbiq olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə ƏƏSMN-in nümayəndəsi Elnur Sultanov layihənin əsas xüsusiyyətləri barədə məlumat vermişdir. Bildirmişdir ki, yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm on-line rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır. Üç ay müddətində ÜSY üçün poçtla və elektron müraciətlərin təcrübədən keçirilməsi, habelə əhalinin sosial müdafiəsi mərkəzlərində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında