Ayaz Mütəllibov: "Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub"

"Azərbaycanın bu gününü görən hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir"

{nl}

"Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub". Bu sözləri APA-ya eksklüziv açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib. 
A.Mütəllibov qeyd edib ki, oğlu Azadın vəfatı ilə əlaqədar Bakıya döndükdən sonra Prezident Heydər Əliyevin və həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib: "Oğlum Azadın vəfatı - ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim.
Onun abidəsi qarşısında durduqda bir an ərzində Heydər Əliyevin rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən, nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı. Bütün vəzifələrdə ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün var gücüm və savadımla çalışırdım. Çünki Heydər Əliyev bütün Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü. Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi. Azərbaycanın bu gününü görərkən isə hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında