DƏ-İKGF Somalidə qida böhranından əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə beynəlxalq xeyriyyə kampaniyasına başlamışdır

Avqustun 11-dən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Somalidə yaranmış qida böhranı ilə əlaqədar müqəddəs Ramazan ayı ərzində bu ölkəyə ərzaq göndərmək üçün beynəlxalq xeyriyyə kampaniyasına başlamışdır.
Forumdan bildirmişlər ki, kampaniyanın məqsədi Somalidə aclıqdan əziyyət çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini əlaqələndirmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf qaydada toplanmasını, yığılan vəsaitin bu ölkəyə çatdırılmasını təşkil etməkdir. Azərbaycan Respublikası ərazisində yardım kampaniyasının təşkili İKGF-nin Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.
İKGF Somalidə aclıqdan əziyyət çəkən insanlara yardım etmək istəyənləri Ramazan ayının 25-dək (avqustun 25-26-dək) öz ianələrini kampaniyanın hesabına köçürməyə dəvət edir. Vəsaitlər kampaniya müddətində Somaliyə çatdırılacaqdır.
Somalidə aclıqdan əziyyət çəkən insanlara yardım etmək istəyənlər Azərbaycan Beynəlxalq Bankının "Səbail" filialında açılmış aşağıdakı bank hesabına pul vəsaiti köçürə bilərlər.
Hesab nömrəsi: 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
Kodu: 805551
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
Bundan əlavə, yardımları İKGF-nin Bakı ofisinin 598-11-62 və ya 492-11-52 nömrəli telefonlarına zəng edərək göstərilən ünvanlarda nağd ödəmək olar. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlər üçün müvafiq rəsmi qəbz verilir.
Cəmi 25 manat ödəməklə Somalidə bir uşağın aylıq yeməyini təmin etmək olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında