İqtisadiyyatda muzdla işləyənlərin orta aylıq əmək haqqı artmışdır

2011-ci il iyun ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 milyon 372 min nəfərdən çox olmuşdur. Bunun 859,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 513,4 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 25,2 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1 faizi sənayedə, 10 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,3 faizi peşə, elmi- texniki fəaliyyət, 1,8 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində və 11,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Muzdlu əsaslarla çalışan işçilərin 21 faizi məhsul istehsalı sahələrində cəmlənmişdir.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, cari ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 358,9 manat təşkil etmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elm və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.

{nl}

Q.PİRİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında