Azərbaycan təbii qazı Avropanın yeni layihələri üçün çox əhəmiyyətlidir

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və İsveçrənin ekologiya və enerji naziri xanım Dorris Loythard Ankarada keçirdikləri görüşdə Transadriatik qaz boru kəməri ilə bağlı anlaşmanın layihəsini müzakirə etmişlər. 
Görüşdən sonra Taner Yıldız jurnalistlərə bildirmişdir ki, bu layihə, habelə "Nabukko", İtaliya-Türkiyə-Yunanıstan boru kəmərlərinin gələcəyi Azərbaycanın "Şahdəniz-2" qaz layihəsinə dair Bakı ilə əldə olunacaq razılaşmadan asılıdır. Onun sözlərinə görə, danışıqlar davam edir və müvafiq saziş imzalandıqdan sonra sözügedən layihələrin qaz tədarükü problemi əsasən həllini tapacaqdır.
İsveçrəli nazir xanım Dorris Loythard da Azərbaycan təbii qazının Avropa, o cümlədən onun ölkəsinin enerji təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu söyləmiş, Cənub enerji dəhlizinin formalaşmasında tranzit ölkə kimi Türkiyənin də rolunu vurğulamışdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında