Bakıda "Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda regional konfrans keçirilir

Avqustun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə həmkarlar ittifaqları gənclərinin ikigünlük regional konfransı öz işinə başlamışdır.
"Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda keçirilən konfransda Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belarus həmkarlar ittifaqlarının gənc liderləri iştirak edirlər.
Konfransın əhəmiyyətini vurğulayan AHİK sədrinin müavini Aqil Dadaşov bildirmişdir ki, tədbirin məqsədi həmkarlar ittifaqlarında çalışan gənclərin təcrübələrini, onların milli həmkarlar ittifaqlarının mərkəzlərində həmkarlar ittifaqlarının kampaniyalarının həyata keçirilməsi ilə bağlı səriştələrini artırmaqdır.
AHİK-in fəaliyyəti barədə də konfrans iştirakçılarına ətraflı məlumat verən A.Dadaşov konfederasiyanın işində gənclərin rolunu xüsusi vurğulamışdır.
Ölkəmizdə gənclərə olan dövlət qayğısından da danışan AHİK sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə bir çox sərəncamlar imzaladığını diqqətə çatdırmışdır. A.Dadaşov bildirmişdir ki, gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolunun və yerinin müəyyənləşdirilməsi AHİK-in və sahə həmkarlar ittifaqlarının diqqət mərkəzindədir.
BHİK-in nümayəndələri Anton Lepik, Anna Salnikova və başqaları təmsil etdikləri konfederasiyanın fəaliyyəti, məqsədləri, əmək hüququnun müdafiəsində beynəlxalq təşkilatların rolu və s. barədə iştirakçılara məlumat vermişlər.
Dünyada qəbul olunmuş demokratik standartlara uyğun olaraq həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi və inkişaf etdirilməsindən danışan iştirakçılar, gənclərin iş təcrübələri, onların fəaliyyət günlərinin səmərəli keçirilməsi, qruplarla iş sistemi və s. məsələlərlə bağlı öz fikirlərini bölüşmüşlər.
Regional konfransda mövzu ilə əlaqədar təqdimatlar olmuşdur.
Konfrans işini avqustun 12-də davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında