ASAİF forumunda internet və sosial şəbəkələrə dair müzakirələr aparılacaq

Avqustun axırında Bakıda "Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAİF) IX forumu keçiriləcək.  
Budəfəki forumu fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, burada əsas müzakirələr dörd panel üzrə internet və sosial şəbəkələr (Facebook, Twitter, bloqlar və s.) ətrafında aparılacaq. Bu barədə 1news-a müsahibəsində ASAİF-in sədri Orxan Əkbərov bildirib. "Gizli deyil ki, bizim əsr internet əsri hesab olunur. Və bu forumun əsas məqsədi gənclərimizə informasiya müharibəsində layiqli lider mövqelərini tutmağa kömək etməkdir", - deyə O. Əkbərov qeyd edib. Onun sözlərinə görə, forumda həmçinin təşkilatın yeni saytının təqdimatı olacaq. Qeyd edək ki, tədbirə avqustun 26-da start veriləcəyi nəzərdə tutulub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında