Hazırlıq işləri uğurla davam etdirilir

Azərbaycanın daxili imkanları hesabına tikilib istifadəyə verilmiş Astara elektrik stansiyası ölkəmizin cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ən müasir texnologiyaların tətbiqi əsasında fəaliyyət göstərən bu stansiyada son zamanlar aqreqatların dayanıqlı işi ilə əlaqədar növbəti planlı istismar həddinə uyğun texniki xidmət yerinə yetirilmiş, lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. 
Eyni zamanda, 110 kilovoltluq açıq paylayıcı quruluşda avadanlıqların daha da keyfiyyətli istismarının təşkil olunması, payız-qış mövsümünə hazırlıq məqsədilə yarımstansiya avadanlıqlarında cari təmir və sınaq işləri həyata keçirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatina görə, cari ilin iyul ayında "Astara" elektrik stansiyasında 30,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 700 min kilovatt-saat çoxdur. Bütövlükdə isə cari ilin yeddi ayı ərzində adıçəkilən stansiyada nəzərdə tutulmuş 137,5 milyon kilovat -saat əvəzinə 143,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, cari ilin yeddi ayında stansiyada digər texniki iqtisadi göstəricilər üzrə də (elektrik enerjisi istehsalının xüsusi sərfi, şərti yanacaq sərfi və s.) qənaətbəxş nəticələr əldə edilmişdir.
İlin ötən dövrü ərzində stansiyanın kollektivi istehlakçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsi və plan tapşırıqların uğurla yerinə yetirilməsi məqsədilə səylə çalışmış, aqreqatlarda aparılan texniki xidmət işlərində fəal iştirak etmişlər. Məhz bütün bunların nəticəsidir ki, cari ilin yeddi ayı ərzində aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır. Hazırda isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı qrafikə uyğun icra edilir. Artıq 10 saylı aqreqatda da texniki qulluq başa çatdırılmışdır.
Stansiyada təmir-bərpa işləri ilə yanaşı, abadlıq, yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilmiş, o cümlədən dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda, işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, cari ilin ötən dövründə heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.
"Azərenerji" ASC-nin digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Havaların isti keçməsi ilə əlaqədar olaraq stansiyada yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar stansiyanın və 110 KV-lik yarımstansiyanın ərazisi müntəzəm olaraq quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş və aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında