Rayonlarda Beynəlxalq Gənclər Günü qeyd olunur

Beynəlxalq Gənclər Günü 1998-ci il avqustun 8-dən 12-dək Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin birinci toplantısında təsis edilmişdir. O vaxtdan avqustun 12-si dünyanın müxtəlif ölkələrində qeyd olunur. 
Bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzi (GTM) avqustun 10-da Füzuli və İmişli rayonlarında gənclərin, yerli qurumların iştirakı ilə tədbirlər keçirmişdir.
GTM-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə çıxış edənlər bu əlamətdar günün əhəmiyyətindən, Azərbaycan gənclərinin beynəlxalq aləmdə nüfuzunun artmasından və qazandığı uğurlardan danışmışlar.
Sonra gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə istedadlarını nümayiş etdirmişlər. Onlara diplom və hədiyyələr təqdim olunmuşdur.
Tədbirlərdə iştirakçıların diqqətinə çatdırılmışdır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə Azərbaycan gəncinin hələ də öz yurd-yuvasından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması barədə BMT-nin katibliyinə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında