Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorları intizam məsuliyyətinə cəlb edilmişlər

Vətəndaşların ərizə, şikayət və müraciətlərinə qanunvericiliyə uyğun müəyyən edilmiş müddət ərzində obyektiv baxılması, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsi prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Bu sahədə işin səmərəliliyinin yüksəldilməsi, təsirli nəzarət mexanizmi yaradılmaqla prokurorluq əməkdaşlarının məsuliyyətinin artırılması, vətəndaş müraciətlərinə formal yanaşma hallarına və digər qanunsuzluq faktlarına qarşı qəti tədbirlərin görülməsi təmin olunur.
AzərTAc Baş Prokurorluğun internet saytına istinadən xəbər verir ki, son dövrlər ərzində prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işi informasiya texnologiyalarından istifadə edilməklə müasir standartlara uyğunlaşdırılmış, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin strukturu daha da təkmilləşdirilməklə "Vətəndaşların qəbulu şöbəsi" yaradılmış, idarənin kadr tərkibi peşəkar əməkdaşlar hesabına əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.
Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin yoxlanılması nəticəsində bu sahədə ciddi çatışmazlıqlar və icra intizamının pozuntusu halları aşkarlanmışdır. Bununla əlaqədar Baş Prokurorluq həmin şəhər və rayonların prokurorları A.Qarayevi, S.Məmmədlini və M.İsmayılovu, Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinlərini və bir sıra digər əməkdaşlarını intizam məsuliyyətinə cəlb etmişdir.
Prokurorluq orqanları tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə görə əməkdaşların məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında