Siyəzən şəhərinin içməli su ilə təchizatı yaxşılaşdırılır

Son zamanlar ölkə əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu yaxınlarda isə "Azərsu" ASC tərəfindən Siyəzən şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinə start verilmişdir. Səhmdar cəmiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq "Siyəzən Sukanal" İdarəsinin balansında olan 1 və 2 saylı, həmçinin dəmir yolu nasosxanalarında istismar müddətini başa vurmuş nasos və avadanlıqlar yenisi ilə əvəzlənmişdir. 
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bərpa və yenidənqurma tədbirləri çərçivəsində həm 1, həm də 2 saylı nasosxanalarda elektrik avadanlıqları da daxil olmaqla bir komplekt, dəmir yolu nasosxanasında isə 2 ədəd yeni nasos quraşdırılmışdır. Bunlarla yanaşı, nasosxanalardan vurulan suyun normal paylanması üçün 159 millimetrlik diametrli təzyiqli xətlər də çəkilmişdir. Yenidənqurma işləri çərçivəsində 25-dən artıq siyirtmə quraşdırılmışdır ki, bu da suyun istehlakçılar arasında normal paylanmasına şərait yaradacaq. Bütövlükdə isə Siyəzən şəhərində görülən işlər su təchizatında qeydə alınan fasilələrin aradan qaldırılmasına və abunəçilərin dayanıqlı içməli su təchizatına imkan verəcəkdir.
Yeri gəlmişkən, Siyəzən şəhərində 1960-cı illərdə qurulmuş nasosxanalardakı qurğu və avadanlıqların əksər hissəsinin isitismar müddəti başa çatdığından istehlakçıların içməli su ilə təminatında böyük çətinliklər müşahidə olunurdu. Yaxın vaxtlarda isə bütün bu çətinliklər aradan qaldırılacaq, içməli suyun verilməsində fasilələr azaldılacaq.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında