Hacıqabul rayonunda maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır

Avqustun 9-da günorta saatlarında Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmuşdur. 
FHN-dən bildirmişlər ki, nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin yaxınlıqda dayanmış yanacaq daşıyan 1 yük avtomobili yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur. Yanğın saat 15:57-də söndürülmüşdür.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olmuş, 15 nəfər yaralanmış, 7 avtomobil yanmışdır.
Hazırda ərazidə müvafiq işlər görülür, araşdırma aparılır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında