Mərkəzi Bank yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün müvafiq APUS versiyasını istismara vermişdir

2011-ci il 5 avqust tarixdən Azərbaycanın Mərkəzi Bankı yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişini qəbul etməyə imkan verən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) müvafiq versiyasını istismara vermişdir. Sözügedən informasiya sistemi ödənişləri bank kartları vasitəsilə www.apus.az saytında onlayn rejimdə və ya informasiya sisteminə qoşulmuş bank filiallarında (rayonlarda yerləşən regional filiallar daxil olmaqla) və Azərpoçtun bütün məntəqələrində nağd şəkildə qəbul etməyə imkan verir. Sistemin texniki tətbiqini Azərbaycanın SİNAM şirkəti həyata keçirmişdir. 
Yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün APUS ödənişlər sisteminin istifadəsi elektron hökumətin tətbiqi üzrə dövlət siyasətinə uyğundur.
APUS sistemində abunəçinin kodu qismində sürücülük vəsiqəsinin seriyası və nömrəsi, invoysun nömrəsi qismində isə DYP əməkdaşının qayda pozuntusuna görə tərtib etdiyi protokolun nömrəsi çıxış edir.
APUS sistemində ödəniş zamanı cərimələr üzrə eyni qaydalar tətbiq olunur. İlk invoys 10 faizlik endirimlə təqdim olunur; əgər sürücü cəriməni üç gün ərzində ödəməzsə, endirim ləğv olunur və köhnə invoys cərimənin tam göstərildiyi invoysla əvəzlənir. Cərimə təyin edilmiş vaxtda ödənilməzsə yeni invoys təqdim olunur. Həmin invoysda cərimənin ödənilmədiyi hər növbəti gün peni hesablanır.
Yeni ödəniş üsulu sürücülərin işini bir xeyli asanlaşdıracaq, çünki bir bankda ödəniş etmək və ödəniş qəbzini DYP-nə təqdim etmək zəruriyyəti aradan qaldırılacaq. Belə ki, ödəniş haqda məlumat 30 saniyə ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin verilənlər bazasına ötürüləcək. Analoji məlumatı APUS-da qeydiyyatda olan bütün təşkilatlar alacaqlar.
Qeyd etmək lazımdır ki, APUS sistemi mərkəzləşdirilmiş ödənişlərin təmin edilməsi məqsədilə SİNAM şirkətinin texniki dəstəyilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilmşdir. Bu günə kimi sözügedən sistem qaz, su və elektrik enerjisinə görə kommunal ödənişləri qəbul edirdi. 2008-ci ildən APUS sisteminə 37 bank qoşulub; ödənişlər 1458 məntəqədə qəbul olunur. 2010-cu ildə kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə 184 milyon AZN ümumi dəyəri olan 11 milyon ödəniş edilmişdir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında