Lizi RAMİŞVİLİ: Qəbələ festivalının bu dərəcədə yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçısı, "İntibah-2010" Beynəlxalq Musiqi Festivalının "Qran-pri"sinə və "Qızıl Şelkunçik" mükafatına layiq görülmüş Gürcüstanın gənc violonçel ifaçısı Lizi Ramişvili müsahibəsində tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirmişdir.
Bu festivalda ilk dəfədir iştirak edirəm. Açığını deyim ki, Qəbələ festivalının bu qədər yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim. Burada 20 gün ərzində dünyanın məşhur musiqiçiləri bir araya gəldilər. Onlarla bir səhnədə çıxış etmək böyük şərəfdir. Bu baxımdan bir az həyəcanlı idim. Artıq festival başa çatsa da, bu möhtəşəm musiqi bayramının xoş təəssüratlarını yaşayıram. Bu gözəl musiqi bayramında iştirakımdan məmnunam. Festivala bu qədər insanın qatılması böyük uğurdur.
Qəbələ Bakıdan uzaqda yerləşsə də, son günədək konsertlərə paytaxtdan və bölgələrdən xeyli sayda musiqisevər qatıldı. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında