Dövlət sərhədini pozaraq Azərbaycana keçmək istəyən silahlı şəxs yaxalanmışdır

İran istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycana keçmək istəyən silahlı şəxs yaxalanmışdır. 
Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat vermişlər.
Məlumatda bildirilir ki, iyulun 14-də Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozarkən 1 nəfər silahlı İran vətəndaşı saxlanılmışdır.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən bir ədəd "KİNG-2500" markalı tapança, 1,2 qram heroin aşkarlanmışdır.
DSX-nin əməkdaşları tərəfindən "Xaş-xaş-2011" şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Zaqatala rayonunun Ağdamkələl kəndində 7 hektar sahədən 13 ton yabanı halda bitmiş çətənə kolu yığılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında