"Rusiya-24": Qəbələ: pianino fabriki yanında musiqi festivalı

Gulya Baltayevanın "Qəbələ: pianino fabriki yanında musiqi festivalı" adlı məqaləsi Rusiyanın "Rusiya-24" informasiya kanalında səsləndirilmiş, sonra isə internet-saytda yerləşdirilmişdir. 
Müəllif yazır: Qəbələ heç də təkcə radiolokasiya stansiyasının yerləşdiyi məkan demək deyildir. Azərbaycanın bu şəhərində beynəlxalq musiqi festivalı keçirilir. Müxbirimiz məşhur musiqiçiləri dinləmiş, arxeoloji qazıntıları görmüş, aborigenlərin həyatını öyrənmiş və royalın əldə necə quraşdırıldığına baxmışdır.
Yuri Başmetin "Yeni Rusiyası" festivalın rəsmi orkestridir. Maestronun özü ikinci dəfədir ki, buraya gəlir. Bu il o, "Ulduz Alyonoçka Bayeva" adlandırdığı solist-skripkaçı ilə gəlmişdir.
Müəllif qeyd edir ki, festivalda hazırda Avropada yaşayan dirijor, violonçelist Dmitri Yablonski də çıxış etmişdir. Onun anası məşhur pianoçu Oksana Yablonskaya Dmitri balaca ikən mühacirət etmişdir və Azərbaycan Dmitri üçün vaxtilə Sovet Sosialist Respublikaları İttifaqı adlandırılan vətəninin bir parçasına çevrilmişdir.
Müəllif Dmitri Yablonskinin dediklərini misal gətirərək yazır: "Pianino fabriki tikmək və onun bir hissəsi olan festival keçirmək ideyası var idi. Amma iki ilə bu ideya elə tez həyata keçirildi ki, biz hətta təəccüblənirik. Çox sevindirici hal və uğurdur ki, festival Azərbaycan mədəniyyətinin bir hissəsinə çevrilmişdir".
İki il bundan əvvəl ilk pianinonun quraşdırıldığı fabrikdə doğma Deventerdə musiqi alətləri istehsalının əsasını qoymuş Yohan Bertmanın nəvəsi holland Hans Leferink işləyir. Bu alətlərə də məhz onun adı verilmişdir. Gulya Baltayeva yazır ki, əlbəttə, bu pianinolar "Yamaxa", "Stenvey" deyildir, lakin əl işidir, zəmanətli keyfiyyətə malikdir və qiyməti də xeyli aşağıdır.
G.Baltayeva Leferinkin sözlərini misal gətirir: "Bu, Avstriya şamıdır, o çox bahalıdır, amma valehedici səsi var, bu ağac isə Azərbaycandandır. Biz nə üçün Azərbaycanda belə fabrik açmağı qərara aldıq? Bizə bir neçə ölkədə bir neçə variant təklif etdilər. Keçmiş tütün fabrikinin ərazisində həyata keçirilmiş bu variant iqlimi və imkanları ilə bizə daha maraqlı göründü. Festivala isə söz yoxdur!".
Materialda qeyd edilir ki, fabrikin yaxınlığında əsası 1681-ci ildə qoyulmuş müqəddəs apostol Yelisey məbədi vardır. Buraya udinlər gəlirlər. Dünyada onların sayı cəmi 10 min nəfərdir. Udinlərin dörd min nəfəri elə burada yaşayır. Qəbələ Azərbaycanın çox qədim şəhəridir. Alimlərin fikrincə, şəhərin azı 2000 yaşı vardır və bunun 600 ilini Qəbələ Qafqaz Albaniyasının paytaxtı və iri ticarət mərkəzi olmuşdur.
Müəllif axırda yazır: Qəbələdə Rusiyanın radiolokasiya stansiyası ilə yanaşı, qədim qala, pianino fabriki, udin məbədi, musiqi festivalı vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında