Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Daxili Qoşunların komandanı ilə görüşmüşdür

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti avqustun 9-da Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşmüşdür. 
Görüşdə çinli qonaqlara Daxili Qoşunların xidməti döyüş fəaliyyəti, keçdiyi döyüş yolu barədə geniş məlumat verilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Daxili Qoşunların bir neçə hərbi hissəsinə baş çəkəcək, buradakı xidmət sahələri ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında