Səbailli yeniyetmələr Qubada təşkil olunmuş yay düşərgəsində istirahət edirlər

Səbailli yeniyetmələr Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə yaradılmış hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay düşərgəsində istirahət edirlər.
Quba şəhərinin ən mənzərəli yerində, Bakı Türk Liseyinin Quba filialının bazasında yerləşən "Şahinlər" yay düşərgəsi ənənəvi olaraq 6-cı dəfədir keçirilir.
Düşərgədə istirahət üçün hər cür şərait yaradılmışdır. Uşaqlar üçün xüsusi geyim, lazımi idman ləvazimatları alınmış, DİN Daxili Qoşunlarının Qubadakı "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulmuş, Daxili Qoşunların yaranması, vəzifələri və Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi qəhrəmanlıq yolundan bəhs edən stendlər düzəldilmişdir.
Düşərgənin rəhbəri Faiq Qurbanov Prezident İlham Əliyevin gənclərin və yeniyetmələrin Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışmışdır. F.Qurbanov bildirmişdir ki, düşərgədə istirahət prosesi təsdiq olunmuş iş planına uyğun aparılır.
Yeniyetmələr Daxili Qoşunların zabit və əsgərlərinin köməkliyi ilə hərbi nizamnamə, orduda xidmət, ordumuzun silah və texnikası ilə tanış olur, Qubanın gəzməli yerlərinə gedirlər.
Layihə təşkilatçıları düşərgənin fəaliyyətini daimi nəzarətdə saxlayır, burada müxtəlif görüşlərin, filmlərin nümayişinin, konsert proqramlarının təşkil olunmasını təmin edirlər.
Dəstə rəhbərləri ilə yanaşı düşərgəyə təhkim olunmuş zabit və çavuşlar hərbi nizamnaməyə uyğun olaraq iştirakçılara Azərbaycanın tarixi, ordu həyatından bəhs edən müxtəlif mövzularda məşğələlər keçirlər. Məktəblilərə məşğələlərlə yanaşı hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də keçirilir.
Şagirdlərin Qubanın görməli yerlərinə, tarixi guşələrinə gəzintiləri də təşkil olunmuşdur. Yeniyetmələr Quba rayonundakı soyqırımı məzarlığını ziyarət etmişlər. Onlara Azərbaycanın tarixi, ərazisi, soyqırımı haqqında, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilmişdir.
Yeniyetmələr DİN Daxili Qoşunlarının Qubadakı hərbi hissəsində də olmuş, onlara əsgərlərimizin xidməti, silah və texnika barədə ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, düşərgədə Səbail rayonunun Qarabağ müharibəsi əlillərinin, veteranlarının, aztəminatlı ailələrin uşaqları və təhsildə fərqlənən şagirdlər, həmçinin "Sos-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə dincəlir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında