Respublikanın daxili işlər və prokurorluq orqanları son vaxtlar baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər

Son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması və təqsirkar şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir. 
Avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxmış və geri qayıtmamışdır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Cümşüd Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılmışdır. Cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində tutularaq istintaqa cəlb edilmişdir.
Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınmışdır. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbə sakini Yusif Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunmuşdur.
Qətli törətmiş Hikmət Əliyev "isti izlər"lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində tutulmuşdur. Ondan cinayətin aləti olan ov tüfəngi götürülmüşdür.
Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında