AAGT-nin bir qrup üzvü ABŞ Konqresinə Azərbaycan haqqında kitablar hədiyyə etmişlər

Amerikanın Azərbaycanlı Gənclər Təşkilatından (AAGT) verilən məlumatda bildirilir ki, təşkilatın nümayəndələri Elçin Abdullayev, Rövşən Muradov və Rza Əliyev ABŞ Konqresinın nümayəndələri ilə görüşərək kitabxanaya Azərbaycan haqqında kitablar təqdim etmişlər.
Görüşdə kitabxananın Qafqaz Mərkəzinin direktoru Kristofer Mörfi, kolleksiya və xidmətlər direktoru Ceremi Adamson və baş kitabxanaçı Marçun iştirak etmişlər. Kitablar arasında Heydər Əliyev Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəşrləri də vardır.
Kitablar Azərbaycanın mədəni irsi, ölkəmizdə dini və etnik tolerantlıq, neftlə zəngin olan respublikamızın müasir inkişaf səviyyəsindən söhbət açır.
Konqres kitabxanasının nümayəndələri qiymətli nəşrlərə görə Azərbaycan gənclərinə təşəkkür etmiş, onların kitab mübadiləsindəki fəaliyyətini yüksək qiymətləndirmişlər.
Onların sözlərinə görə, Azərbaycan nəşrləri kitabxananın Qafqaz bölməsini zənginləşdirəcək, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı isə Konqres kitabxanası ilə Azərbaycan arasında gələcək əməkdaşlığın körpüsü olacaqdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında