ANAMA Ceyrançöl layihəsinin birinci fazasına bu ilin sonlarında başlamağı planlaşdırır

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ceyrançöl layihəsinin birinci fazasına bu ilin sonlarına başlamağı planlaşdırır. Agentlikdən bildirmişlər ki, NATO/NAMSA əməkdaşlığının davamı kimi ANAMA 64 milyon kvadratmetrlik Ceyrançöl layihəsinin 19 milyon kvadratmetrlik birinci fazasına bu ilin sonlarında başlamağı nəzərdə tutur. 
Xatırladaq ki, bu yaxınlarda ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan "Saloğlu layihəsi"nin rəsmi bağlanış mərasimi keçirilmişdir. "Saloğlu layihəsi" Azərbaycanın Şimal-Qərbində Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində partlamamış hərbi sursatlarla çirkləndirilmiş sahələrin təmizlənməsi məqsədi ilə 2005-ci ildən həyata keçirilirdi. Həmin ərazilərdə keçmiş sovet ordusunun hərbi bazası olmuşdur və hərbi qüvvələr buradan çıxarılarkən əraziyə çoxlu sayda partlamamış hərbi sursat atılmış, gizlədilmiş və ya basdırılmışdı. ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu ilə birgə əməkdaşlığı sayəsində qeyd olunan ərazini təmizləyərək tam təhlükəsiz halda təhvil vermişdir. Saloğlu layihəsi çərçivəsində 5.683.769 kvadratmetr yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilmişdir. 640 mindən artıq sursat tapılaraq zərərsizləşdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında