Azərbaycan Amerika Dövlətləri Təşkilatının sülh, insan hüquqları, uşaq və gənclər proqramına yardım etmişdir

Azərbaycanın ABŞ-dakı səfirliyi və BMT yanında daimi nümayəndəliyi Amerika Dövlətləri Təşkilatının (OAS) sülh, insan hüquqları, uşaq və gənclər proqramına yardım etmişdir.
Azərbaycanın bu təşkilatdakı daimi müşahidəçisi və ABŞ-dakı səfiri Yaşar Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev OAS-ın sülh, insan hüquqları, uşaq və gənclər proqramı üçün 20 min ABŞ dolları məbləğində yardımı təşkilatın baş katibi Xose Migel İnsulzaya təqdim etmişlər. Azərbaycanın etdiyi yardım İnter-Amerikan Uşaq İnstitutuna, OAS-ın Sülh Fonduna və Amerika dövlətlərarası İnsan Hüquqları Komissiyasına veriləcəkdir. Təşkilatın Vaşinqtondakı baş qərargahında keçirilən mərasimdə çıxış edən baş katib Xose Migel İnsulza bu sahədə həyata keçirilən işlərdən danışmış, Amerika qitəsində Azərbaycan nümayəndələrinin region ölkələri ilə əlaqələri barədə iştirakçılara ətraflı məlumat vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında