Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin gənc əsgərləri Vətənə sədaqət andı içmişlər

Avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissənin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abasquliyev, "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Mehman Yusifov, şəxsi heyətin bölmə rəisi, polkovnik-leytenant Bəhram Mansurov və valideynlər çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışlar. Natiqlər ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılmış uğurlardan danışmış, respublikamızın sərhədləri keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə etmişlər.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Şəxsi heyət nizamlı addımlarla tribuna önündən keçmişdir.
Tədbir başa çatdıqdan sonra DSX rəisinin müavini, general-mayor M.Abasquliyev gənc əsgərlərin valideynləri ilə görüşmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında